Вернуться назад Распечатать

Rusiya NATO planına qarşı çıxdı

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik NATO qoşunlarının münaqişə başa çatdıqdan sonra Ukraynada yerləşdirilməsi planlarına münasibət bildirib.

1xeber.media xəbər verir ki, Kolesnik bu planların Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədlərinə zidd olduğunu deyib.

Deputatın sözlərinə görə, Ukraynanın “demilitarizasiyası” ölkə ərazisində xarici silah və qoşunların yerləşdirilməsini nəzərdə tutmur. O, NATO qüvvələrinin Ukraynada yerləşdirilməsini Rusiya üçün hətta münaqişədən sonra da qəbuledilməz hesab edib.

Kolesnik həmçinin “istəklilər koalisiyası”nın açıqlamalarını tənqid edib və bu ölkələrin Ukraynanı münaqişəyə daha da cəlb etməyə çalışdığını bildirib.

Qeyd edək ki, daha əvvəl “istəklilər koalisiyası”na daxil olan ölkələrin münaqişə başa çatdıqdan sonra Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsinə hazırlıq gördüyü barədə məlumat yayılmışdı. Kreml də bu planı qəbuledilməz adlandırıb.