“Azəripək” “Azərxalça”ya qoşulur: Ölkədə ipəkçilik və xalçaçılıq vahid mərkəzdən idarə olunacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncama əsasən, “Azəripək” Açıq Səhmdar Cəmiyyəti “Azərxalça” ASC-yə qoşulması formasında yenidən təşkil edilib.
1xever.media xəbər verir ki, rəsmi dövlət portalının yaydığı məlumata görə, bu strateji qərar ölkədə ipəkçiliyin və xalçaçılığın qədim ənənələrini qorumaq, bu sahədə istehsal-emal zəncirini gücləndirmək və idarəetməni optimallaşdırmaq məqsədi daşıyır.