ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-40B təyyarəsinin Latviyada Moskvaya uçan C-17 Globemaster III təyyarəsinin yanında göründüyü bildirilib.
1xeber.media xəbər verir ki, bu barədə OSINTdefender analitik hesabı “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, təyyarənin yaxınlığında diplomatik nömrə nişanlı avtomobillər də müşahidə olunub.
C-40B təyyarələri ABŞ Hərbi Hava Qüvvələri tərəfindən yüksək rütbəli hərbçilərin və dövlət rəsmilərinin daşınması üçün istifadə olunur.
Qeyd edək ki, ABŞ-a məxsus Boeing C-17 Globemaster III avqustun 25-də Moskvanın Vnukovo hava limanına enib. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik təyyarənin Moskvaya səfərinin Rusiya və ABŞ nümayəndələri arasında danışıqlarla bağlı ola biləcəyini istisna etməyib.