Вернуться назад Распечатать

Lukaşenko “Osvey” layihəsindən danışdı

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə birgə hazırlanan “Osvey” təyyarəsi layihəsi ətrafında bəzi anlaşılmazlıqların olduğunu bildirib.

1xeber.media xəbər verir ki, Lukaşenko bunu Rusiyanın birinci vitse-premyeri Denis Manturovla görüşündə deyib.

Belarus lideri anlaşılmazlıqların konkret nədən ibarət olduğunu açıqlamayıb. O, məsələnin müzakirə edilərək “Osvey” layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, təyyarə ümumi bazar üçün lazımdır və Rusiya üçün yaxşı təyyarə ola bilər. Belarus isə layihə çərçivəsində yeni texniki bacarıqlar əldə edəcək.

19 sərnişin və ya 1,8 ton yük daşımaq üçün nəzərdə tutulan “Osvey” yerli və regional aviareyslərdə istifadə ediləcək. Təyyarənin ilk prototipinin 2027-ci ildə hazırlanması, həmin il sertifikatlaşdırmaya başlanılması və prosesin 2029-cu ildə başa çatması gözlənilir.