ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərinin əsas məqsədinin Rusiya rəsmiləri ilə görüşlər keçirmək olduğu bildirilir.
1xeber.media xəbər verir ki, Retkliff avqustun 25-də Moskvaya gəlib və rusiyalı nümayəndələrlə görüşlər keçirir.
Səfərin konkret gündəliyi və Retkliffin kimlərlə görüşəcəyi açıqlanmayıb. ABŞ və Rusiya rəsmiləri də səfəri və onun məqsədini rəsmi şəkildə şərh etməyiblər.
Məlumata görə, səfər Rusiyanın Ukraynadakı müharibəsi fonunda Vaşinqton və Moskva arasında yüksək səviyyəli təmasların davam etdiyi bir vaxtda baş tutub. ABŞ tərəfinin Kiyevdən Retkliffin Moskvada olduğu müddətdə Rusiya şəhərlərinə zərbələri dayandırmağı xahiş etdiyi də bildirilir.
Bəzi mənbələr səfərin mümkün diplomatik və təhlükəsizlik müzakirələri ilə bağlı olduğunu qeyd etsə də, bununla bağlı rəsmi təsdiq yoxdur.