Вернуться назад Распечатать

Günəşdə güclü partlayış: Yerə təsir edə bilər

Günəşdə son dövrün ən güclü maqnit qasırğasına səbəb ola biləcək yeni güclü partlayış baş verib.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 25-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislərin məlumatına görə, Günəşdə hazırkı aktivlik dövrünün ən güclü partlayışı qeydə alınıb. Partlayışın gücü M7.0 səviyyəsində qiymətləndirilib və kosmosa plazma atılması müşahidə olunub.

Alimlər hesab edirlər ki, plazma buludunun bir hissəsi Yerə çata bilər, lakin atılmanın əsas hissəsinin planetdən yan keçəcəyi ehtimal olunur.

Əgər plazma Yerə çataraq maqnit sahəsinə təsir göstərsə, son bir-iki ayın ən güclü maqnit qasırğalarından biri baş verə bilər. Bununla belə, mütəxəssislər hazırda dəqiq proqnoz verməyin mümkün olmadığını bildirirlər.