Ermənistanın baş naziri Nikol Paşinyan anklavlar məsələsinin həll olunmamasının Ermənistanla Azərbaycan arasında yeni müharibəyə səbəb ola biləcəyini bildirib.
1xeber.media xəbər verir ki, Paşinyan bunu avqustun 25-də parlamentdə çıxışı zamanı deyib.
Baş nazir 1991-ci il Almatı Bəyannaməsində təsbit olunan sərhədlərə riayət edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir və bu əraziyə Artsvaşen erməni eksklavı daxildir. Paşinyan bildirib ki, Azərbaycan anklavları bu əraziyə daxil deyil.
Paşinyan həmçinin gərginliyin qarşısını almaq məqsədilə Tıqranəşen kəndinin Azərbaycan dilindəki Kərki adından istifadə etdiyini deyib.
Ermənistan hökumətinin başçısı bildirib ki, iki ölkə arasında sülhü poza və yeni təxribatlara səbəb ola biləcək bütün məsələlər aradan qaldırılmalıdır.