Вернуться назад Распечатать

Ukrayna müharibədə uduzur – keçmiş nazir

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkəsinin Rusiya ilə münaqişədə tədricən məğlub olduğunu bildirib.

1xeber.media xəbər verir ki, Fedorov bunu “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna hazırda müharibənin gələcək istiqamətini müəyyənləşdirəcək dönüş nöqtəsindədir. Fedorov ölkənin “yavaş-yavaş uduzduğunu” hesab edir.

Keçmiş nazir Ukraynanın qarşılaşdığı əsas problemlər arasında genişmiqyaslı korrupsiyanı, strateji baxışın olmamasını və dövlət institutlarının səmərəsizliyini göstərib. O bildirib ki, vəziyyəti dəyişmək üçün yaxın aylarda ciddi addımlar atılmalıdır.

Fedorov həmçinin müasir texnologiyaların, o cümlədən süni intellektlə idarə olunan dronların və daha ucuz raket əleyhinə sistemlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, keçmiş nazir daha əvvəl Ukraynada müharibə şəraitində prezident seçkilərinin keçirilməsinə çağırış etmişdi.