Вернуться назад Распечатать

Rusiya Ukrayna limanında hərbi yükləri vurdu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Yujnı limanında hərbi təyinatlı yüklər daşıdığı bildirilən iki quru yük gəmisinə və Ukrayna ordusuna məxsus hərbi əmlakın saxlandığı dörd anbara zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 25-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, limanda hərbi yüklərin boşaldılması üçün istifadə olunan liman infrastrukturu obyektləri də vurulub.

Bundan əlavə, Ukrayna hərbi birləşmələrinin ehtiyacları üçün nəzərdə tutulan yanacaq çənlərinin də zərbələrə məruz qaldığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi hücumların zərbə dronları və havadan buraxılan yüksək dəqiqlikli silahlardan istifadə edilməklə həyata keçirildiyini açıqlayıb.