Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Meleh Ukraynada məcburi səfərbərliyin əsasən Ukrayna Pravoslav Kilsəsinin (UPK) din xadimlərinə tətbiq edildiyini iddia edib.
1xeber.media xəbər verir ki, Meleh bunu avqustun 25-də keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya XİN digər dini konfessiyaların nümayəndələrinin səfərbərliyə cəlb edilməsi ilə bağlı hallarla qarşılaşmayıb. Meleh bunu həmin şəxslərin Ukrayna qanunvericiliyinə əsasən səfərbərlikdən azad olunması ilə izah edib.
Rusiya rəsmisi bildirib ki, kanonik Ukrayna Pravoslav Kilsəsinin din xadimlərinə bu güzəştin şamil olunmadığını iddia edir və onların küçələrdə saxlanılaraq hərbi xidmətə aparıldığını deyib.
Meleh əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinə digər dinlərin nümayəndələrinin səfərbər edilməsi ilə bağlı məlumat daxil olmayıb. Bununla belə, ayrı-ayrı hallarının mövcud ola biləcəyini istisna etməyib.