1xeber.media xəbər verir ki, Kent Universitetinin professoru, britaniyalı politoloq Riçard Sakva Ukrayna Silahlı Qüvvələrinin Slavyanskda mühasirəyə düşməyə başladığını bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələri Slavyanskinin kənarlarına qədər irəliləyib və şəhəri qismən mühasirəyə alır. Ekspert tam mühasirənin baş verməsinin isə zaman məsələsi olduğunu deyib.
Sakva həmçinin Rusiya qüvvələrinin Xarkov, Sumı və Zaporojye istiqamətlərində də irəlilədiyini qeyd edib.
Professorun sözlərinə görə, Ukraynada bir çox insan Rusiya ilə sülh sazişinin imzalanmasının tərəfdarıdır. O, ölkədə Moskva ilə gec-tez sülh razılaşmasına nail olmaqla bağlı tələbin formalaşdığını bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya ordusunun Donetsk istiqamətində Dobropoliya və Drujkovka yaxınlığında irəlilədiyi barədə məlumat yayılmışdı.