1xeber.media xəbər verir ki, Moskva Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya planlaşdırılan səfərinə hazırlıq görür.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O, Kremlin Lukaşenkonun səfərinə hazırlaşıb-hazırlanmadığı barədə suala “Bəli, hazırlıq gedir” cavabını verib.
Lukaşenko daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə görüşəcəyini açıqlamışdı.
Qeyd edək ki, Belarus lideri avqustun 25-də Rusiyanın baş nazirinin birinci müavini Denis Manturovu Minskdə qəbul edib. Görüş zamanı İttifaq dövləti gündəliyi müzakirə olunub. Lukaşenko həmçinin Manturovu Xalqlar Dostluğu ordeni ilə təltif edib.