Вернуться назад Распечатать

ABŞ və İran atəşkəsə razılaşdı

1xeber.media xəbər verir ki, ABŞ və İran arasında atəşkəs barədə razılıq əldə olunub.

RİA Novosti-nin Pakistan və İran mənbələrinə istinadən yaydığı məlumata görə, atəşkəs rejiminin rəsmi şəkildə yaxın günlərdə elan olunması gözlənilir.

İlkin razılaşmaya əsasən, Hörmüz boğazında sərbəst gəmiçilik təmin ediləcək. Bundan sonra İslamabad memorandumuna əsasən danışıqların və texniki görüşlərin keçirilməsi planlaşdırılır.

ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun hazırda İrana qarşı yeni zərbələr endirmək niyyətində olmadığını bildirib.

Razılaşmanın əsas detalları və atəşkəsin qüvvəyə minəcəyi tarix yaxın günlərdə açıqlana bilər.