Вернуться назад Распечатать

Tambov vilayətinə hücum: 100 min kvadratmetrlik ərazi yanır

1xeber.media xəbər verir ki, avqustun 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərinə kütləvi hücum edib.

Vilayətin qubernatoru Yevgeni Pervışovun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və “BARS-Tambov” mobil atəş qrupları 16 pilotsuz uçuş aparatını məhv edib.

Hücum nəticəsində logistika mərkəzində güclü yanğın baş verib. Yanğının sahəsi 100 min kvadratmetrdən çox olub. Təhlükə siqnalından sonra mərkəzin bütün əməkdaşları təxliyə edilib. İlkin məlumata görə, bir əməkdaş partlayış dalğasının təsirindən beyin silkələnməsi alıb.

Bundan başqa, dronlardan birinin düşməsi nəticəsində bağ massivlərindən birində fərdi yaşayış evində də yanğın baş verib.

Logistika obyektinin “Wildberries” şirkətinə məxsus olduğu bildirilir. Şirkət obyektə yeni məhsul qəbulunun həyata keçirilmədiyini açıqlayıb.