Вернуться назад Распечатать

Rusiya Müdafiə Nazirliyi: 426 Ukrayna dronu məhv edildi

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 25-dən 26-na keçən gecə ölkənin müxtəlif bölgələri üzərində 426 Ukrayna pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, zərərsizləşdirilən bütün dronlar təyyarə tipli olub. Hücumlar Rusiyanın 16 regionunu əhatə edib. Bunlar arasında Oryol, Kaluqa, Tula, Tambov və Lipetsk vilayətləri, Krasnodar diyarı, Krım və Moskva regionu da yer alıb.

Açıqlama Ukrayna Silahlı Qüvvələrinin Tambov vilayətində “Wildberries” şirkətinə məxsus logistika kompleksinə zərbəsindən sonra verilib. Hücum nəticəsində obyekt ərazisində 100 min kvadratmetrdən çox sahədə yanğın baş verdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi həmçinin Lipetsk vilayətinə hücum zamanı iki nəfərin öldüyünü açıqlayıb.