Вернуться назад Распечатать

Zelenski Ermənistanın Avropa seçimini dəstəklədi

Zelenski Paşinyana təşəkkür etdi

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyana Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikinə görə təşəkkür edib və Ermənistanın Avropa seçimini alqışlayıb.

Zelenski bildirib ki, erməni xalqı Avropa ilə daha sıx əlaqələrə doğru inamla irəliləyir və Ukrayna bu seçimi alqışlayır.

“Ukrayna bu seçimi alqışlayır və mümkün olan hər yerdə yardım göstərməyə hazırdır”, – deyə Ukrayna liderinin sosial şəbəkə X-də yayımlanan paylaşımında qeyd olunub.

Zelenski həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin fəallaşdığını vurğulayıb.