Вернуться назад Распечатать

Çempionlar Liqası: “Sabah” təsnifat mərhəsinin ən intizamlı komandası olub

“Sabah” UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin ən intizamlı komandası olub.

1xeber.media xəbər verir ki, mübarizəyə I raunddan başlayan Azərbaycan təmsilçisi pley-off da daxil olmaqla, keçirdiyi 8 oyunda 12 sarı və 1 qırmızı vərəqə alıb.

İkinci yerdə Bolqarıstanın “Levski” (8 oyun, 14 sarı vərəqə), üçüncü yerdə isə Litvanın “Jalqiris” (6 oyun, 12 sarı vərəqə) klubu qərarlaşıb.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.