Вернуться назад Распечатать

Ukrayna ordusu Rusiyada sənaye müəssisəsinə zərbə endirdi

Rusiyada müəssisəyə zərbə endirildi

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) Rusiyanın Nijni Novqorod vilayətində sənaye müəssisəsinə zərbə endirdiyi bildirilir.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinin sözlərinə görə, gecə ərzində regiona 40-dan çox pilotsuz uçuş aparatı ilə hücumun qarşısı alınıb. Hücum nəticəsində bir sənaye müəssisəsinə, bir neçə yaşayış evinə və avtomobilə ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Hazırda hadisə yerində mütəxəssislər çalışır və zərərin aradan qaldırılması üçün tədbirlər görülür.

Bəzi mənbələr hücumun Kstovodakı “Lukoyl-Nijni Novqorodnefteorqsintez” neft emalı zavoduna yönəldiyini yazıb, lakin vilayət rəhbəri müəssisənin adını açıqlamayıb.