Вернуться назад Распечатать

Beautytime rəhbəri ilə bağlı yeni ittiham

1xeber.media xəbər verir ki, “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva daha bir cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bu barədə “Unikal”a “Medleks” Vəkil Bürosunun vəkili Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Vəkil bildirib ki, Könül Həmzəyeva nümayəndəsi olduğu Röyal Ələddin oğlu Masiyev barədə kütləvi informasiya vasitəsində həqiqəti əks etdirməyən məlumat yaymaqda ittiham olunur. O, Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bundan əlavə, əldə edilən məlumata görə, Könül Həmzəyeva ilə bağlı bir sıra vətəndaşların şikayətləri əsasında Xəzər Rayon Polis İdarəsində külli miqdarda dələduzluqla bağlı cinayət işi başlanılıb. Hazırda həmin iş üzrə istintaq davam edir.

Həmçinin bir sıra tanınmış influenserlərin də Könül Həmzəyeva ilə bağlı şikayətçi olduğu bildirilir. Belə ki, Fidan Rzayeva (Fidan Zeyn) 150 min manat, Əfsanə Qasımova (Azerina) isə 300 min manat məbləğində vəsaitin mənimsənildiyini iddia edir.