1xeber.media xəbər verir ki, Macarıstan hökumət dəyişikliyindən sonra yeni xarici siyasət kursunda Rusiyanı ölkə, Avropa və qlobal nizam üçün təhdid kimi qiymətləndirib.
BMT Baş Assambleyasında Macarıstan nümayəndə heyəti üçün hazırlanmış rəsmi sənəddə bildirilib ki, “Rusiyanın davranışı Macarıstan, Avropa və qlobal nizam üçün təhdid yaradır”.
Qeyd olunur ki, yeni kurs Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxan və Moskva ilə sıx əlaqələri dəstəkləyən sabiq baş nazir Viktor Orbanın xarici siyasətindən ciddi dönüş deməkdir.
Bununla yanaşı, Budapeşt Ukraynadakı münaqişənin diplomatik yolla həllini dəstəklədiyini bildirib. Sənəddə davamlı sülhə və Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmaq məqsədilə danışıqların aparılmasının vacibliyi vurğulanıb.