1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov vilayətində yerləşdirilən NATO-nun kəşfiyyat avadanlıqlarına zərbələr endirdiyi bildirilir.
Bu barədə Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müşaviri, ehtiyatda olan polkovnik-leytenant Oleq İvannikov “AİF”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Kiyevə radioelektron mübarizə və radioelektron kəşfiyyat vasitələri, həmçinin pilotsuz uçuş aparatlarına qarşı sistemlər təqdim edib. İvannikov bu avadanlıqların böyük hissəsinin Çerniqov vilayətində yerləşdirildiyini və Belarus istiqamətində istifadə olunduğunu iddia edib.
Hərbi ekspert bildirib ki, həmin avadanlıqlar vasitəsilə Ukrayna hərbçiləri Rusiyanın sərhədyanı ərazilərini, eləcə də Belarusdakı hərbi qüvvələrin, yüklərin və mülki aviasiyanın hərəkətini izləyiblər.
İvannikovun sözlərinə görə, Rusiya ordusunun zərbələri nəticəsində Ukrayna NATO-ya məxsus bahalı avadanlıqları itirib.
Daha əvvəl Çerniqov vilayətində sutka ərzində ən azı 14 zərbənin qeydə alındığı bildirilmişdi. Hədəflər arasında hərbi infrastrukturun enerji təminatı, anbarlar, təchizat məntəqələri, rabitə və PUA-ların fəaliyyət göstərdiyi ərazilər olub.