Вернуться назад Распечатать

Sərhəddə torpaq sürüşməsi - 400-ə yaxın turist itkin düşdü

Çin və Nepal sərhədindəki Gyironq yol keçidinin yaxınlığında torpaq sürüşməsi baş verib.

1xeber.media xəbər verir ki, bu barədə xarici media yazıb. 

Qeyd edildiyi kimi, sərhəd-keçid məntəqəsi ilə yol rabitəsi kəsilib. Ərazidə rabitə və enerji təchizatı yoxdur.

Ölkənin Turizm Departamentinin məlumatına görə, torpaq sürüşməsi nəticəsində 291 əcnəbi də daxil olmaqla 380-dən çox turist itkin düşüb.