Вернуться назад Распечатать

Erməni baş məşqçi Fransa klubundan qovuldu

Fransanın "Nant" futbol klubu baş məşqçi Mişel Ter-Zakaryanla əməkdaşlığını dayandırmaq qərarına gəlib.

1xeber.media xəbər verir ki, mütəxəssisin işdən çıxarılmasının səbəbi yeni Liqa 2 mövsümünün uğursuz başlanğıcıdır. 

Komanda çempionatın ilk 3 oyununda üç məğlubiyyətə imza atıb, bundan sonra klub rəhbərliyi Ter-Zakaryanla yollarını ayırmaq qərarına gəlib.