Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) növbəti tenderinin nəticəsini elan edib.
1xeber.media xəbər verir ki, qurum mobil qurğuların internet paketi ilə təmin edilməsi və avtomobillərə GPS avadanlıqlarının quraşdırılması və aylıq xidmətlərinin satın alınmasını reallaşdıracaq.
Qeyd edilir ki, tenderin qalibi “GPS SOLUTİONS” MMC olub. Şirkət AQTİ-nin sifarişini yerinə yetirmək üçün 55 min 555 manat 55 qəpik ödəniş alacaq.