Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun sabiq komandanı Mübariz Rzayevlə bağlı maraqlı faktlar üzə çıxıb.
1xeber.media xəbər verir ki,Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, onun atası Balağa Rzayev də hərbçi olub. Polkovnik rütbəsi daşıyan Balağa Rzayev uzun müddət sovet ordusunda xidmət edib və hərbi sahədə bir sıra yüksək vəzifələrdə çalışıb.
Qeyd edək ki, Mübariz Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub.
O, 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əsas komandanlarından biri kimi fəaliyyət göstərib.