Вернуться назад Распечатать

Sabah Tehrana gedəcək

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani sabah Tehrana səfər edəcək.

1xeber.media  xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari “X” sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Qətərin Baş naziri Tehranda bir sıra yüksəkrütbəli İran rəsmiləri ilə görüşəcək:

“Danışıqların əsas mövzusu regionda gərginliyi azaltmaq və dialoq üçün əlverişli şərait yaratmaq olacaq. Bu səfər Qətər Dövlətinin fikir ayrılıqlarının həllində və regionda təhlükəsizliklə sabitliyin təmin edilməsində diplomatik yolun ən yaxşı vasitə olması ilə bağlı dəyişməz mövqeyinə uyğundur. Görüşlərdə, həmçinin Hörmüz boğazında naviqasiya azadlığı və vəziyyətin fevralın 28-dən əvvəlki status-kvoya qaytarılmasının vacibliyi müzakirə ediləcək”.