Вернуться назад Распечатать

Daşkənddə tarixi imza: Bakı və Daşkənd arasında "Əbədi Dostluq" dövrü başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana reallaşdırdığı rəsmi dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən rəsmən müttəfiqlik və əbədi qardaşlıq zirvəsinə daşıdı. Daşkənddə dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən imzalanan “Əbədi Dostluq haqqında Müqavilə” sadəcə diplomatik bir sənəd deyil, həm də Türk dünyasının inteqrasiyasında yeni bir səhifədir.

1xeber.media xəbər verir ki,bu səfər çərçivəsində keçirilən Ali Dövlətlərarası Şuranın iclası göstərdi ki, Bakı və Daşkənd artıq regional məsələlərdə vahid cəbhədən çıxış edir. Prezidentlərin mətbuata bəyanatlarında səsləndirdikləri səmimi fikirlər və verilən bəyanatlar onu sübut edir ki, həm iqtisadi, həm də siyasi maraqlar tamamilə üst-üstə düşür. Səfərin ən diqqətçəkən humanitar məqamlarından biri isə Daşkənddə "Azərbaycan" parkının təməlinin qoyulması və iki ölkənin birinci xanımlarının iştirakı ilə mədəniyyət mərkəzlərinin ziyarət edilməsi oldu. Bu, dövlətlərlə bərabər xalqların da bir-birinə nə qədər yaxınlaşdığının bariz göstəricisidir.