Вернуться назад Распечатать

Putin Çinə və Nepala başsağlığı verdi

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Çinin Tibet Muxtar Rayonunda baş verən sel hadisəsinin ağır nəticələri ilə bağlı Çin lideri Si Cinpinə başsağlığı verib.

Putin həlak olanların yaxınlarına başsağlığı verib, xəsarət alanların isə tezliklə sağalmasını arzulayıb.

Rusiya lideri Nepal hakimiyyətinə də ölkədə insan tələfatına səbəb olan daşqınlarla əlaqədar başsağlığı çatdırıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Çindəki səfirliyi Tibetdə iki Rusiya vətəndaşının daşqından sonra itkin düşdüyünü açıqlamışdı.