Peterburqda hərbçinin avtomobili partladıldı
1xeber.media xəbər verir ki, avqustun 27-də səhər saatlarında Sankt-Peterburqun Puşkin rayonunda avtomobilin partlaması nəticəsində sürücü ölüb, sərnişin qadın isə ağır yaralanıb.
Hadisə Moskva vaxtı ilə təxminən 10:00–11:00 radələrində Kolpinskoye şossesində, Slavyanka ərazisində baş verib. İlkin məlumata görə, pullu dayanacaqda park edilmiş “Geely Monjaro” markalı avtomobildə partlayış olub.
Partlayışın gücü yaxınlıqdakı evlərin şüşələrinin silkələnməsinə səbəb olub.
İlkin məlumata görə, ölən şəxs hərbçi olub. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.