Вернуться назад Распечатать

Köçəryan həbsxanaya salındı - YENİLƏNİBv

Robert Köçəryan "Qriqor Lusavoriç" xəstəxanasından çıxarılıb və "Yerevan-Kentron" cəzaçəkmə müəssisəsinə köçürülüb.

1xeber.media xəbər verir ki, bu barədə onun vəkili açıqlayıb. 

***

Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı iki aylıq həbs qətimkan tədbiri seçilib.

1xeber.media xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sözçüsü Marina Ohancanyan bildirib.

"Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi (sədrlik edən hakim S.Dadoyan) müstəntiqin vəsatətini tam təmin edib və Robert Köçəryana qarşı qətimkan tədbiri kimi həbs qətimkan tədbiri tətbiq edilib", - deyə o açıqlayıb.

Qeyd edək ki, hakim Sarqis Dadoyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi dünəndən bəri Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı həbs qətimkan tədbiri seçilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş vəsatəti araşdırır. 

Gecə saatlarında Robert Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya aparılıb və istintaq onsuz davam edib.

Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunub. 

Köçəryan xüsusilə Şuşa şəhərinin işğal olunmasında birbaşa iştirak etmiş şəxsdir. 

***

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəmə iclası başlayandan təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilib.

1xeber.media xəbər verir ki, bu barədə “Yerevan Today” məlumat yayıb.

Robert Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binası qarşısında jurnalistlərə bildirib ki, həkimlər atasının məhkəmə zalında deyil, xəstəxanada qalmasını məqsədəuyğun hesab ediblər"

“Məhkəmə iclası davam edir. Həkimlər onun məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işi davam etdirəcəklər. Düşünürəm ki, məhkəmə səhər saatlarına qədər qərar verəcək”.

Qeyd edək ki, avqustun 25-də Köçəryanın ofisinin rəhbəri keçmiş prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. Ötən gün o, xəstəxanadan məhkəməyə aparıldı və həbs olunması üçün vəsatət verildi.