1xeber.media xəbər verir ki, “Fənərbağça”nın xorvatiyalı qapıçısı Dominik Livakoviçin “Barselona”ya transferi rəsmiləşib.
İstanbul klubunun açıqlamasında 31 yaşlı qapıçının İspaniya təmsilçisinə daimi transferi ilə bağlı razılıq əldə olunduğu bildirilib.
Livakoviç 2025/26 mövsümündə “Fənərbağça” və “Jirona”nın heyətində ümumilikdə 19 matçda iştirak edib. O, bu görüşlərin 8-də qapısını toxunulmaz saxlayıb və mövsüm ərzində 18 qol buraxıb.
Qeyd edək ki, xorvatiyalı qapıçı 2023-cü ildə “Fənərbağça”ya transfer olunmuşdu.