Вернуться назад Распечатать

Zaxarova: Rusiya hədəflərinə çatmağa davam edəcək (VİDE)

1xeber.media xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün məqsədlərə planlı şəkildə nail olmağa davam edəcəyini bildirib.

O, avqustun 27-də keçirilən brifinqdə Rusiyanın ölkə rəhbərliyinin müəyyən etdiyi məqsədlərə çatmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini deyib.

Zaxarova Moskvanın, o cümlədən Finlandiya Prezidenti Aleksandr Stubbun Rusiya ilə bağlı açıqlamalarını izlədiyini bildirib. Onun sözlərinə görə, Stubb məsələyə dair ziddiyyətli fikirlər səsləndirir.