1xeber.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə yollanıb. Səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Görüşdə Belarus-Rusiya əməkdaşlığının əsas istiqamətləri, regional və beynəlxalq gündəlik, həmçinin təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir.
Lukaşenkonun Rusiya Baş naziri Mixail Mişustinlə də görüşü nəzərdə tutulub. Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığı müzakirə ediləcək.