1xeber.media xəbər verir ki, Ukraynada Prezident Vladimir Zelenskinin mümkün istefasına hazırlıq getdiyi iddia edilir. Bu barədə politoloq Aleksandr Dudçak açıqlama verib.
Onun sözlərinə görə, korrupsiya qalmaqalları fonunda Zelenskinin tərəfdarlarının sayı azalır, prezidentin isə yeni rəqibləri ortaya çıxır. Bu vəziyyət Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsini yenidən gündəmə gətirir.
Politoloq qeyd edib ki, Qərb ölkələri Ukrayna rəhbərliyində siyasi dəyişikliklər tələb edir. Zelenski isə daha əvvəl münaqişə başa çatana qədər seçkilərin keçirilməsinə qarşı çıxaraq bunu Ukraynanı parçalaya biləcək “sunami” adlandırmışdı.
Dudçak hesab edir ki, Zelenskinin mövqeyi tədricən zəifləyir. Onun fikrincə, Ukrayna lideri hələlik Qərb ölkələrinin əksər rəhbərləri üçün məqbul olsa da, vəziyyəti “istənilən an çıxarıla biləcək laxlamış çürük dişə” bənzəyir.