Вернуться назад Распечатать

Ali ordenlərin rəmzi – Liderlərin şəxsi etimadı qardaşlığın təminatıdır

Dövlət başçılarının rəsmi görüşləri zamanı protokollardan kənar müşahidə olunan səmimi və qardaşlıq atmosferi Azərbaycan-Özbəkistan münasibətlərinin əsas hərəkətverici qüvvəsidir. Bunun ən parlaq təzahürü Daşkənddə təşkil olunan qarşılıqlı ali təltifolunma mərasimində özünü göstərdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan lideri İlham Əliyevə ölkəsinin ali dövlət mükafatı olan “Dostluq” ordenini təqdim etdi. Bunun müqabilində Prezident İlham Əliyev də özbək həmkarını Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif etdi. 

1xeber.media xəbər verir ki,bu rəmzi jestlər iki ölkə rəhbərinin bir-birinə bəslədiyi dərin şəxsi hörmətin və xalqların tarixi müttəfiqliyinin göstəricisidir. Özbəkistan rəhbərliyi Azərbaycanın regionda sülhü bərqərar etməsi, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi istiqamətində qazandığı tarixi qələbələri yüksək qiymətləndirdiyini bir daha qətiyyətlə bəyan etdi. Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın güclənməsi bütövlükdə Türk dünyasının mövqeyinin möhkəmlənməsi deməkdir. Liderlərin bu qətiyyətli və səmimi iradəsi imzalanan iqtisadi-siyasi müqavilələrin kağız üzərində qalmayacağını, tezliklə real həyatda və xalqların rifahında öz əksini tapacağını zəmanət altına alır.