Вернуться назад Распечатать

Lukaşenko işgüzar səfərlə Rusiyaya gedib

1xeber.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko işgüzar səfərlə Rusiyaya gəlib.

Səfər çərçivəsində Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı, regional və beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən təhlükəsizlik mövzuları müzakirə olunacaq.

Belarus lideri Rusiyanın Baş naziri Mixail Mişustinlə də görüşəcək. Tərəflərin ticarət-iqtisadi və investisiya əməkdaşlığını, həmçinin birgə kooperasiya layihələrinin həyata keçirilməsini müzakirə edəcəyi bildirilir.