Вернуться назад Распечатать

Ekspert: Ermənistanın Aİ-yə üzvlüyü real deyil

1xeber.media xəbər verir ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq üçün real əsasları yoxdur. Bu barədə fransalı politoloq Tiqran Yeqavyan “Le Figaro”ya açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Aİ orta və uzunmüddətli perspektivdə Ermənistanı tərkibinə qəbul etmək niyyətində deyil və ölkənin üzvlüklə bağlı gözləntiləri “illüziyadır”.

Yeqavyan hesab edir ki, Avropa liderləri Ermənistanı Rusiyaya qarşı mübarizədə istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin inkişaf proqramında Rusiyanın strateji tərəfdaş kimi qeyd edilməsindən imtina edib.