Вернуться назад Распечатать

Tokayev hökuməti istefaya göndərdi

Qazaxıstan hökuməti istefa verib. 

1xeber.media xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Fərman Prezidentin rəsmi saytında dərc edilib:

Qazaxıstan Respublikası Konstitusiyasının 69-cu maddəsinin 1-ci bəndinə və "Qazaxıstan Respublikası Hökuməti haqqında" Qazaxıstan Respublikası Konstitusiya Qanununun 4-cü maddəsinə uyğun olaraq, Qazaxıstan Respublikası Hökumətinin yeni seçilmiş Qazaxıstan Respublikası Qurultayı qarşısında səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar olaraq QƏRARA ALIRAM:

1. Qazaxıstan Respublikası Hökuməti Qazaxıstan Respublikası Hökumətinin yeni tərkibi təsdiq edilənə qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Qurultay seçkiləri 23 avqustda keçirilib. Orada beş siyasi partiyadan 145 deputat iştirak edib.