Вернуться назад Распечатать

Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşdı

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, qəza səhər saatlarında şəhərin bulvar ərazisində qeydə alınıb.

İdarəetmədən çıxan BMW markalı avtomobil "Toyota", "Kia" və "Opel" markalı minik maşınlarına çırpılıb, daha sonra isə aşıb.

Qəza nəticəsində  BMW markalı maşının sürücüsü xəsarət alıb. 

Hadisə yerinə polis əməkdaşları gəlib.