Gürcüstan Prezidenti Mixail Kavelaşvili Müqəddəs Məryəmin vəfatı münasibətilə 226 məhbusu əfv edib.
1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Dövlət başçısı administrasiyasının məlumatına görə, əfv 217 nəfərə, həbs cəzasına məhkum edilmiş 6 nəfərə və həbslə əlaqəli olmayan cəza çəkən 3 nəfərə şamil edilib, 3 nəfərin məhkumluğu isə götürülüb.
Bəyanatda qeyd olunur ki, Gürcüstan Prezidentinin müstəsna konstitusiya səlahiyyətlərinin həyata keçirilməsi humanizm və dövlət maraqları prinsiplərinə əsaslanır.