Вернуться назад Распечатать

UEFA İnfantinoya qarşı cinayət işi açmağa hazırlaşır

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya qarşı Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmağa cəhd etdiyinə görə cinayət işi açmağa hazırlaşır.

1xeber.media xəbər verir ki, FIFA prezidenti Canni İnfantinonun Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifi iyul ayında açıqlandı. İnfantino təşkilatın əsas kişi və qadınlar turnirlərinə nəzarət edəcək bir şirkət yaratmaq istəyirdi.

FİFA bildirib ki, bu sxem 4,2 milyard dollara qədər vəsait toplaya bilər. Lakin təşəbbüs müxtəlif rəsmilər, futbol federasiyaları və digər təşkilatlar tərəfindən geniş tənqid edilib və qınanılıb. 

"The Telegraph" qəzetinin məlumatına görə, UEFA rəsmi şəxs könüllü olaraq istefa verməsə, ona qarşı etimadsızlıq vəsatətini səsverməyə çıxarmaq niyyətindədir. 

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevral ayında FİFA prezidenti seçilib.