Вернуться назад Распечатать

Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO

Nə kirayəhaqları ödənilir, nə də binaları təvhil verilir...

1xeber.media xəbər verir ki, "Xəzər TV"nin  vatsap qaynar xəttinə müraciət edən bir qrup vətəndaş iddia edir ki, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən evləri 2018-ci ildə pilot layihə çərçivəsində "N-Turan" MTK tərəfindən sökülüb. 24 ay ərzində kirayə pulları, həmçinin yeni tikiləcək binalardan mənzil veriləcəyi vəd edilib. Lakin, uzun müddət keçməsinə baxmayaraq, tikinti yarımçıq qalıb. 

Kirayə pulları kəsilən sakinlər iddia edirlər ki, şirkət nümayəndələri tərəfindən belə bir təhlükəli binada şəraitsiz mənzillərə köçməyə məcbur edilirlər. Onlara bildirilib ki, balkonların məhəccərləri hələ quraşdırılmayıb. Liftlər isə demək olar ki, işləmədiyindən sakinlər həm təhlükə ilə üzləşir, həm də yuxarı mərtəbələrə qalxmaqda ciddi çətinlik çəkirlər.

Biz də məsələyə aydınlıq gətirmək üçün "N-Turan" MTK-nın rəhərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin şirkət rəsmiləri problemlə bağlı açıqlama verməkdən imtina etdilər. 

Sakinlər məsələ ictimailəşəndən sonra yaranmış vəziyyətin diqqətdən kənarda qalmayacağına və problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən yaxın zamanda müvafiq addımların atılacağına ümid edirlər.