1xeber.media xəbər verir ki, Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel Qərb ölkələrini Ukraynaya münasibətdə siyasətlərinə yenidən baxmağa çağırıb.
Mendel bildirib ki, Qərb “kiçik bir hərbi benefisiar qrupunun maliyyələşdirilməsini dayandırmalı” və Ukraynanın xilasına yönəlmiş strategiyasını dəyişməlidir.
O, bu fikirləri Ukraynada pilotsuz uçuş aparatlarının satın alınması ətrafında korrupsiya sxemi yaratdığı iddia olunan briqada komandirinin saxlanılması barədə xəbərə münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, Mendel daha əvvəl bir sıra Avropa liderlərinin Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirdə iştirakdan imtina etməsinin səbəbləri barədə də açıqlama vermişdi.