1xeber.media xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.
Lukaşenko bunu Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib. O, Minsk və Moskva arasında əldə olunan razılaşmaların icra edildiyini və hətta bəzi öhdəliklərin artıqlaması ilə yerinə yetirildiyini vurğulayıb.
Qeyd edək ki, Lukaşenko avqustun 27-də işgüzar səfərlə Moskvaya gedib. Onun avqustun 29-da Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.