1xeber.media xəbər verir ki, Haaqa hakimiyyəti Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirəsi məsələsini yenidən gündəmə gətirib.
Rusiyanın Niderlanddakı səfirliyi bildirib ki, belə addımlar beynəlxalq bank sektoruna olan etimadın itirilməsinə səbəb ola bilər. Diplomatik nümayəndəlik mümkün müsadirəni “hökumətin ilham verdiyi qarət” adlandırıb.
Qeyd edək ki, Avropada Rusiya Mərkəzi Bankının təxminən 210 milyard avro həcmində dondurulmuş aktivləri ilə bağlı müzakirələr davam edir.