Вернуться назад Распечатать

Krasnoselski: Kolbasnadakı partlayış fəlakətə səbəb olar

1xeber.media xəbər verir ki, tanınmamış Dnestryanı Moldova Respublikasının prezidenti Vadim Krasnoselski Kolbasna kəndində yerləşən silah-sursat anbarlarında baş verə biləcək partlayışın yaxın yaşayış məntəqələri üçün fəlakətlə nəticələnəcəyini bildirib.

Onun sözlərinə görə, bütün sursatların eyni anda partlaması ehtimalı azdır. Lakin anbarlardan hətta birində baş verəcək partlayış belə Dnestryanının yaxın yaşayış məntəqələri üçün ciddi təhlükə yarada bilər.

Krasnoselski Kolbasnadakı anbarlarda saxlanılan silah-sursatın miqdarının azaldılmasının tərəfdarı olduğunu da bildirib. O, bunun çərçivə razılaşmaları əsasında həyata keçirilməli olduğunu vurğulayıb.

Kolbasnadakı hərbi anbarlar Avropanın ən böyük sursat anbarlarından biri hesab olunur və Rusiya hərbçiləri tərəfindən qorunur.