1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyat (SVO) iştirakçılarının hərbi xidmətdən sonra da ölkəyə xidmət etmək imkanının olmasının vacibliyini bildirib.
Putin “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı veteranların iqtisadiyyat, idarəetmə və sosial sahədə fəaliyyətlərini davam etdirə bilməli olduğunu deyib.
Onun sözlərinə görə, dövlət və cəmiyyətin borcu hər bir veteran üçün bu imkanları yaratmaqdır.
Putin daha əvvəl SVO-dan qayıdan hərbçilərin işlə təmin olunmasına əvvəlcədən hazırlıq görülməsini tapşırmışdı.