Rusiyada keşiş Mərkəzi Bankın faizinin azalması üçün dua edəcək
1xeber.media xəbər verir ki, Yekaterinburq və Verxoturye mitropoliti Yevgeni Rusiyada Mərkəzi Bankın əsas faiz dərəcəsinin aşağı salınması üçün dua edəcəyini bildirib.
Onun sözlərinə görə, mövcud iqtisadi şəraitdə benzin və ərzaq təminatı ilə yanaşı, faiz dərəcəsinin və ipoteka şərtlərinin yaxşılaşdırılması üçün də dua etmək lazımdır.
Mitropolit bu cür duaların “Ata-bizim” duasının məntiqi davamı olduğunu deyib. O, “gündəlik çörək” anlayışına ölkənin maliyyə rifahının və Mərkəzi Bankın faiz dərəcəsinin də daxil olduğunu bildirib.
Yevgeninin fikrincə, iqtisadi problemlərin həlli üçün dua etmək nəinki mümkündür, həm də vacibdir.