Вернуться назад Распечатать

Yaralananlar arasında qəlpə yarası alanlar var? - Nazir

Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında  yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.

1xeber.media xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.

“Onların hansı səbəbdən xəsarət aldıqlarını - qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik".