1xeber.media xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ukraynanın enerji obyektlərinə hücumlarla bağlı ABŞ-ın elan etdiyi moratoriumu 136 dəfə pozduğunu bildirib.
Qaluzin RİA Novosti-yə açıqlamasında qeyd edib ki, moratoriumun təşəbbüskarı məhz ABŞ tərəfi olub. Onun sözlərinə görə, Vladimir Zelenskinin rəhbərlik etdiyi Kiyev rejimi bu razılaşmaya məhəl qoymayıb.
“Bu moratoriumu fəal şəkildə ABŞ tərəfi təşviq edirdi, Zelenski rejimi isə, əslində, onun tələblərini ayaqları altına atdı”, – deyə Qaluzin bildirib.
Xatırladaq ki, bundan əvvəl Krım rəhbəri Sergey Aksyonov yarımadanın enerji obyektlərinin Ukrayna Silahlı Qüvvələrinin çoxsaylı hücumlarına məruz qaldığını açıqlamışdı.
Avqustun 13-nə keçən gecə Ukrayna tərəfindən Krım və Sevastopoldakı elektrik yarımstansiyalarına, eləcə də Başqırdıstandakı Salavat şəhərinin sənaye zonasına hücumlar həyata keçirildiyi bildirilmişdi.